Вторник, 30.04.2024, 10:03
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 14 » Masallıda yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır yaralanıb
22:04
Masallıda yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır yaralanıb



Masallı rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Ədalət Səfərovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə mayın 14-də saat 16.00 radələrində  rayonun Köhnə Alvadı kəndi ərazisində qeydə alınıb. 1974-cü ildə Lerik rayonunun Veri-Əliabad kəndində doğulmuş və hazırda Lənkəran rayonunun Kərgəlan kəndində yaşayan Elman Qubad oğlu Fəttayevin idarə etdiyi "VAZ-21074” markalı, 43 BB 564 dövlət nömrə nişanlı avtomobil Masallı rayonunun Təzə Alvadı kənd sakini, 1990-cı il təvəllüdlü Rəhman Sərvər oğlu Məmmədovun idarə etdiyi "VAZ-21074” markalı, 61 BC 445 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə E.Fəttayev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə keçinib. Sürücü R.Məmmədov və E.Fəttayevin yanındakı sərnişin, Lənkəran rayonunun Lüvəsər kənd sakini, 1958-ci il təvəllüdlü Rəfiqə Rəzi qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı və Lənkəran Mərkəzi Rayon xəstəxanalarına yerləşdirilib. Müvafiq cərrahiyə əməliyyatından sonra hər iki yaralının vəziyyəti hazırda kafi qiymətləndirilir.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 263.4 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılı

Просмотров: 574 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031