Вторник, 30.04.2024, 10:26
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 11 » Masallıda “VƏTƏNİ TANI” Ümumrespublika kampaniyasının seçim turu keçirilib
18:59
Masallıda “VƏTƏNİ TANI” Ümumrespublika kampaniyasının seçim turu keçirilib


Mayın 11-də Sakit Tağıyev adına Masallı şəhər 4 saylı orta məktəbində Azərbaycanın ərazi bütövlüyünün tanıdılması, gənclərdə vətənpərvərlik ruhunun aşılanması, onlar arasında ölkə xəritəsinin daha dərindən mənimsənilməsi məqsədi daşıyan "VƏTƏNİ TANI” Ümumrespublika kampaniyası çərçivəsində növbəti seçim turu keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Nəsir Muxtarlı kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq və Xəritəçəkmə Komitəsi, habelə "AVA” Skandinaviya klinikası, FİXED Borders təşkilatı tərəfindən dəstək verildiyini bildirib. Daha sonra Milli Məclisin deputatları Nəriman Əliyev və Fuad Muradov, Gənclər Təşkilatı Milli Şurasının baş katibi Orxan Ərəbov və başqaları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.  Çıxışlarda "VƏTƏNİ TANI” Ümumrespublika kampaniyasının ölkə gənclərinin təhsil səviyyəsinin yüksəldilməsində, milli-mənəvi dəyərlərimiz, Azərbaycanın ərazi bütövlüyünün tanıdılması istiqamətində çox uğurlu layihə olduğu qeyd olunub.

Просмотров: 255 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031