Понедельник, 06.05.2024, 22:23
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Август » 11 » Masallıda şəhid Zülfü Kərimovun “Vətən uğrunda” medalı ailəsinə təqdim olunub
17:06
Masallıda şəhid Zülfü Kərimovun “Vətən uğrunda” medalı ailəsinə təqdim olunub

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Masallı rayonunun Qızılağac kəndində anadan olmuş şəhid Zülfü Habil oğlu Kərimovun ölümündən sonra təltif edildiyi "Vətən uğrunda” medalı ailəsinə təqdim olunub. APA-nın Cənub bürosunun məlumatına görə, bu gün Masallı Rayon İcra Hakimiyyətində (RİH) medalın təqdim olunma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Masallı RİH başçısının müavini İsa Nuriyev ölkədə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara göstərilən dövlət qayğısından danışıb. O şəhid Zülfü Kərimovun böyük hünər göstərdiyini, elə bunun üçün də dövlət tərəfindən onun xidmətinə layiqli qiymət verildiyini deyib.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin cənub zonası üzrə Qazisi Mirqiyas Təhməzov, Qızılağac kənd orta məktəbin direktoru Təvəkkül Nəsirov, şəhidin qohumu Vüqar Əmənov və başqaları çıxış edərək şəhid Zülfü Kərimovla bağlı xatirələrini danışıblar.
Sonra şəhidin medalı anası Fatimə Kərimovaya təqdim olunub. Şəhid anası ölkə başçısı İlham Əliyevə ailəsi adından minnətdarlığını bildirərək, övladının Vətən yolunda şəhid olduğuna görə, qürur duyduğunu deyib.
Просмотров: 535 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2011  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031