Суббота, 04.05.2024, 00:25
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 19 » Masallıda əkin sahələrinə vərəm virusu düşüb?
15:24
Masallıda əkin sahələrinə vərəm virusu düşüb?


Kəndlilər məhsullarının məhv olmasından narahatdırlar.

  ANS PRESS-in verdiyi məlumata görə, Masallı rayonunun Qızılağac kəndində bütün pomidor tağları məhv olub. Yerli sakinlərin bildirdiklərinə görə, artıq bir həftədir kəndin bütün əkin sahələri yanmağa başlayıb.

"Elə bil pomidorları qaynar suya salıb çıxartmısan. Tağdakı pomidorların 70 faizi məhv olub. İcra Hakimiyyətinə xəbər vermişik. Hazırda əraziyə baxış keçirirlər. Aqrar sahə ilə əlaqəli bir neçə mütəxəssis də əraziyə baxıb. Bəziləri deyir ki, pomidor tağlarına vərəm virusu düşüb. Bəziləri əkin sahələrinin yanmasını havanın radiasiyalı olması ilə əlaqələndirirlər. Amma dəqiq söz deyən yoxdur”, - deyə kənd sakini Şükür Əliyev şikayətlənib.

Rayon İcra Hakimiyyətinin aqrar məsələlər üzrə birinci müavini İsa Nuriyev məsələ ilə bağlı ANS PRESS-ə açıqlamasında pomidorların yanmasını təbii hadisələrlə əlaqələndirib:

"Problem təkcə Qızılağac kəndində deyil, Masallının bütün kəndlərində var. Tək pomidor yox, digər məhsullar da eyni ilə məhv olur. Ümumilikdə 3500 hektar əkin sahəsi, 1200 pomidor sahəsi bu gündədir. İndi hazırda Qızılağac kəndində pomidor sahələrindəyəm. Panikaya əsas yoxdur. Vərəm və digər xəstəliklər barədə heç düşünməyə dəyməz. Məhsulların yanmasına səbəb təbiətin şıltaqlığıdır. 3-4 gün intensiv yağış yağdı və ardınca hava həddindən artıq istiləşdi, 33 dərəcəyə çatdı. Buna görə pomidorlar yandı. İndi əkin sahələrini suvarırıq”.

İcra nümayəndəsi hazırda Masallının kənd təsərrüfatı sahəsində vəziyyətin qənaətbəxş olduğunu bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl Rusiya sərhəddində yaranan porblem də artıq həllini tapıb. Kəndlilər təsərrüfat məhsullarını Rusiya bazarlarına heç bir problem olmadan çıxara bilirlər.
Просмотров: 263 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930