Вторник, 30.04.2024, 03:23
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 14 » Masallı rayonunda üçəm doğulub
18:16
Masallı rayonunda üçəm doğulub


Azərbaycanın Masallı rayonunda nadir hesab olunan hadisə baş verib.

APA-nın Cənub bürosunun məlumatına görə, rayonun Həsənli kənd sakinləri Rəşid Məmməd oğlu Hüseynovun və Sevinc Cabbar qızı Cabbarovanın ailəsində oğlan və qız uşağından sonra üçəm doğulub.

Masallı Mərkəzi Rayon Xəstəxanasının (MRX) doğum şöbəsində dünyaya göz açan körpə qızcığazların çəkisi müvafiq olaraq 3 kq, 2,8 kq və 2,4 kq-dır. Masallı MRX-nın baş həkimi Cəlil Nəzərovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, uşaqların və ananın vəziyyəti normaldır və onlar hazırda ciddi həkim nəzarətində saxlanılır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev gənc ana Sevinc Cabbarovaya pul mükafatı təqdim edib.

Qeyd edək ki, bu ilin aprelində də Masallı rayonunda üçəm doğulması faktı qeydə alınıb.
Просмотров: 272 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031