Суббота, 04.05.2024, 01:44
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 26 » Mahmud Əhmədinejat: “İran və Azərbaycan bölgədə sülhün bərpasına yardım edə bilər”
09:58
Mahmud Əhmədinejat: “İran və Azərbaycan bölgədə sülhün bərpasına yardım edə bilər”

"İran və Azərbaycan terrorçuluqda mübarizədə əməkdaşlığı genişləndirəcək”. Bunu İran prezidenti Mahmud Əhmədinexat Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmüudovla Tehranda terrorçuluqla mübarizəyə həsr olunmuş konfrans çərçivəsində keçirdiyi görüşdən sonra bəyan edib.

Görüş zamanı İran prezidenti ili ölkə arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, qeyd edib ki, Tehran və Bakı geniş siyasi, iqtisadi və mədəni imkanları ilə bölcədə sülh və sabitliyin bərpasına yardım edə bilər. Mahmud Əhmədinaxetın sözlərinə görə, Azərbaycanın konfransda fəal iştirakı iki ölkə arasında əlaqə və əməkdaşlığın dərinləşməsinə şərait yaradacaq.

Eldar Mahmudov isə Azərbaycan-İran münasibətlərini dostluq və qardaşlıq əlaqələri kimi xarakterizə edib. Onun sözlərinə görə, iki ölkə terrorçuluqla mübarizədə müsbət və konstruktiv əməkdaşlıq edir və Bakı Tehranla bu sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Просмотров: 308 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930