Пятница, 03.05.2024, 23:36
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 17 » Mətbuat Şurası daha 3 qəzeti “qara siyahı”ya salıb
20:57
Mətbuat Şurası daha 3 qəzeti “qara siyahı”ya salıb


Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Şuradan APA-ya verilən xəbərə görə, əvvəlcə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Prosedur qaydalara əsasən şuraya müraciət edən kütləvi informasiya vasitələrinin rəhbərləri həmin KİV-lərin fəaliyyəti barədə arayış verib, sualları cavablandırıblar. Müzakirələrdən sonra "İqtisadiyyat” və "Gəncənin səsi” (Gəncə şəhəri) qəzetləri, "Vision of Azerbaijan” jurnalı, "Salamnews” və "Sosial” informasiya agentlikləri MŞ sıralarına qəbul olunublar.


Sonra Mətbuat Şurasının "reket” jurnalistika qarşı mübarizə komissiyasının və şikayətlər üzrə komissiyanın rəyləri əsasında qərarların qəbulu ilə bağlı müzakirə aparılıb. Şuranın İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə başçılıq etdiyi "reket” jurnalistikaya qarşı mübarizə komissiyasının 13 iyun 2011-ci il tarixli iclasının rəyləri barədə məlumat verib. O, üç qəzetin "reket nəşr” adlandırılaraq Mətbuat Şurasının "qara siyahı”sına salınması üçün ciddi əsasların olduğunu söyləyib. İH üzvləri müvafiq rəyləri və sənədləri nəzərdən keçirərək komissiyanın təkliflərinə yekdilliklə səs veriblər. Beləliklə, "Sağlamlıq keşiyində”, "Əyalətin səsi” və "Vətəndaş haqqı” qəzetlərinin də adlarının "qara siyahı”da yer alması qərarlaşdırılıb.

İclasda şikayətlər üzrə komissiyanın rəyləri əsas götürülərək "Ağdam” və "Azərbaycan cəmiyyəti” qəzetlərinə xəbərdarlıq edilib.

Sonra milli mətbuatın 136-cı ildönümünün qeyd olunması ətrafında diskussiya aparılıb. Qərara alınıb ki, bu məqsədlə Bakı şəhərində olduğu kimi bölgələrdə də tədbirlər keçirilsin.

Cari məsələdə amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Silya Devisin Bakıda naməlum şəxslər tərəfindən təzyiqə məruz qalmaları müzakirə olunub. İH üzvləri xarici ölkə vətəndaşlarına yönələn zorakılıq faktını pisləyiblər. Qərara alınıb ki, hadisəni törədənlərin tezliklə tapılıb qanuna müvafiq surətdə cəzalandırılmaları üçün MŞ hüquq-mühafizə orqanlarına müraciət ünvanlasın.

Toplantıda həmçinin Mətbuat Şurasının ötən il təsis etdiyi Ali Media Mükafatının laureatlarının müəyyənləşdirilməsi istiqamətində işlərə başlanması da qərara alınıb.
Просмотров: 318 | Добавил: apacenub | Рейтинг: 4.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930