Вторник, 30.04.2024, 05:34
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 10 » Lerikdə “Jiqulu” dərəyə aşıb, ölən və yaralanan var
20:42
Lerikdə “Jiqulu” dərəyə aşıb, ölən və yaralanan var

Azərbaycanın Lerik rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Lerik Rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumatına görə, hadisə mayın 10-da saat 10.20 radələrində Lerik-Lənkəran yolunun 22-ci kilometrliyində qeydə alınıb. Lerik rayonunun Ambudərə kənd sakini, 1946-cı il təvəllüdlü Ağazahid Mirələm oğlu Mirzəyevin idarə etdiyi "VAZ-2103” markalı, 35 BC 651 dövlət nömrə nişanlı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək 83 metr hündürlükdə olan sərt aşırımdan dağ çayına aşıb. Nəticədə avtomobildəki sərnişin - Lerik rayonunun Ləvəhiran kənd sakini, 1962-ci il təvəllüdlü Əlizamin Əliheydər oğlu Əliyev aldığı xəsarətlərdən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılarkən yolda dünyasını dəyişib. Sürücü Ağazahid Mirzəyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran MRX-nin reanimasiya şöbəsinə yerləşdirilib. MRX-dən APA-nın yerli bürosuna həyata keçirilən tədbirlərə baxmayaraq, hazırda onun vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Просмотров: 678 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031