Суббота, 04.05.2024, 06:30
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 18 » Lerikdə bir sıra yeni sosial obyektlər açılıb
21:06
Lerikdə bir sıra yeni sosial obyektlər açılıb



Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bu gün Lerik rayonunda bir sıra yeni sosial obyektlərin açılış mərasimində iştirak edib. APA-nın Cənub bürosunun məlumatına görə, ARDNŞ rəhbəri əvvəlcə Lerik rayon İcra Hakimiyyətinin başçısı aparatı üçün tikilmiş yeni inzibati binanın açılışına qatılıb. Sonra R.Abdullayev rayonun Lüləkəran, Osnağaküçə, Xəlifəküçə, Pirzəküçə, Blaband və Cəngəmiran kəndlərinə ilk dəfə təbii qazın verilməsinə həsr olunmuş toplantıda iştirak edib. Tədbirdə səslənən çıxışlarda 521 abonenti olan bu ucqar kəndlərin mavi yanacaqla təmin olunması məqsədilə 29 km-lik polietilen borunun çəkildiyi, 515 ədəd sayğacın və 4 ədəd qaztənzimləyici şkafın quraşdırıldığı qeyd olunub.




Daha sonra R.Abdullayev rayonun Cəngəmiran kəndində ARDNŞ-in vəsaiti hesabına inşa olunmuş uşaq bağçasının açılışında iştirak edib.

Qeyd edək ki, yeni sosial obyektlərin açılış mərasimlərində Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və digər rəsmi şəxslər iştirak ediblər.
Просмотров: 283 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930