Вторник, 30.04.2024, 03:30
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 29 » Lerik rayonunda avtomobil 25 metr hündürlükdən dərəyə aşıb
16:53
Lerik rayonunda avtomobil 25 metr hündürlükdən dərəyə aşıb

Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lerik Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Zeynal Allahverdiyevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə ötən gecə Lənkəran-Lerik yolunun 24-cü kilometrliyində baş verib. Bu barədə RPŞ-ə yalnız mayın 29-da saat 9.00 radələrində məlumat daxil olub.

Hadisə yerinə gələn hüquq - mühafizə orqanlarının əməkdaşları "Hundai Sonata” markalı avtomaşının 25 metr hündürlükdən dərəyə aşdığının şahidi olublar. Yararsız vəziyyətə düşmüş maşın avtokran vasitəsilə dərədən çıxarılıb.

Avtomobilin sürücüsü və sərnişinlərinin taleyi barədə isə məlumat verilmir.

Faktla bağlı Lerik RPŞ-də araşdırmalara başlanıb.
Просмотров: 263 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031