Четверг, 02.05.2024, 04:49
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июль » 1 » Lerik rayon sakininin beş baş qaramalı xəstəlikdən ölüb
14:50
Lerik rayon sakininin beş baş qaramalı xəstəlikdən ölüb

Azərbaycanın Lerik rayonunun Bradi kənd sakini Qasım Nəcəfovun beş baş qaramalı xəstəlikdən tələf olub. Bu barədə APA-nın cənub bürosuna məlumat verən Q. Nəcəfovun sözlərinə görə, bir neçə gün bundan əvvəl təsərrüfatında olan 7 baş iribuynuzlu heyvandan 5-nin qızdırması qalxıb, gözlərindən su axmağa başlayıb. Bir gün sonra 5 baş inək ölüb. Qalan iki baş inəyin də durumunun ağır olduğunu söyləyən Q. Nəcəfov mövcud vəziyyətlə bağlı Lerik Rayon Baytarlıq İdarəsinə də müraciət etdiyini, lakin buna heç kimin əhəmiyyət vermədiyini bildirib.
Lerik Rayon Baytarlıq İdarəsinin rəisi Gülmirzə Tağıyev isə APA-nın yerli bürosuna açıqlamasında Qasım Nəcəfovun məsələni şişirtdiyini söyləyib: ”Əslində burada hər hansı kütləvi xəstəlikdən söhbət gedə bilməz. Rayonumuzda bu sahədə heç bir problem yaşanmır. Qasım Nəcəfovun mal-qarası çox güman ki, gənə vasitəsilə xəstəliyə tutulub ki, bu da yoluxucu sayılmır. Ümumiyyətlə, mövsümi peyvəndlər istisna olmaqla, heyvanların bütün digər müalicə tədbirləri onların sahiblərinin şəxsi vəsaitləri hesabına görülür. Şikayətçi heyvanlarına lazımi qaydada, vaxtaşırı qulluq göstərsəydi, çox güman ki, onlara xəstəlik düçar olmazdı”.
Просмотров: 278 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031