Суббота, 04.05.2024, 03:32
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 15 » Lənkəranın dağ kəndlərində yeni körpülər istifadəyə verilib
07:24
Lənkəranın dağ kəndlərində yeni körpülər istifadəyə verilib

Lənkəran rayonunun dağlıq yaşayış məntəqələrinə gedən yollarda metal konustruksiyalı yeni körpülər istifadəyə verilib. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə rayonun icra strukturlarının nümayəndələri, müvafiq idarələrin rəhbərləri və yerli sakinlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayev rayonun Osakücə-Bəliton və Osakücə- Günəhir kənd yollarında ötən il əsaslı təmir işlərinin aparılaraq nəqliyyatın normal hərəkətinin qaydaya salındığını, lakin bu kəndlərə gedən yolların dərin dərələrin, sıldırımlı çayların üzərindən və sürüşmə zonalarından keçdiyinə görə tez-tez sıradan çıxdığını qeyd edib.
M.Babayevin sözlərinə görə, bu maneələri aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC tərəfindən yol boyu 4 ədəd metal konstruksiyalı dəmir-beton körpü tikilməklə həmin yaşayış məntəqələrinə nəqliyyatın bütün növlərinin, o cümlədən minik maşınlarının sərbəst hərəkəti tam təmin edilib. Mərasimdə çıxış edən "Azəryolservis” ASC-nin sədr müavini Şaiq Bilalov inşasına ötən ilin avqust ayında başlanan bu körpülərin Milli Qurtuluş günü ərəfəsində istifadəyə verilməsini hökumətin dağ kəndlərinin sakinlərinə layiqli hədiyyəsi kimi dəyərləndirib.
Qeyd edək ki, yeni körpülərin xidmətindən Lənkəranın 6 dağ kəndi, o cümlədən 2800 sakini yararlana biləcək.
Просмотров: 291 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930