Пятница, 03.05.2024, 21:29
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 15 » Lənkəranda yol qəzasında bir nəfər ağır xəsarət alıb
07:35
Lənkəranda yol qəzasında bir nəfər ağır xəsarət alıb

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) baş müstəntiqi Rövşən Rəşidovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə iyunun 14-də saat 21.00 radələrində şəhərin Şəhidlər Xiyabanı küçəsi ərazisində qeydə alınıb. Rayonun Şağlakücə kənd sakini, 1978-ci il təvəllüdlü İsmayıl Zahidəli oğlu Kərimovun idarə etdiyi "Daewoo” markalı, 42 BM 666 dövlət nömrə nişanlı avtomobil Lənkəran şəhər sakini, 1986-cı il təvəllüdlü Ruslan Ağayar oğlu Hüseynovun idarə etdiyi "VAZ-2107” markalı, 42 BN 742 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə "VAZ-2107”-nin sərnişini, Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Ələsgər Əzizağa oğlu Fərzəliyev qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Müstəntiqin sözlərinə görə, hadisə "VAZ-2107” markalı avtomobilin sürücüsünün günahı ucbatından baş verib. Belə ki, ilkin versiyaya görə, sürət həddini aşan sürücü sərxoş vəziyyətdə olduğundan maşını qoyaraq hadisə yerindən qaçıb.
Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
Просмотров: 244 | Добавил: apacenub | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930