Вторник, 30.04.2024, 09:09
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 11 » Lənkəranda ət və qənnadı məhsulları bahalaşıb
16:24
Lənkəranda ət və qənnadı məhsulları bahalaşıb


Bir neçə gündür ki, Azərbaycanın Lənkəran rayonunda ət və qənnadı məhsullarının qiyməti artıb.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun ayrı-ayrı ticarət şəbəkələrində aparılan müşahidələr nəticəsində məlum olub ki, əvvəllər 1 kq mal əti 6 manata satıldığı halda, bu gün 6,5-7 manat olub.

Artım qənnadı məmulatlarında, o cümlədən konfet və şokoladın satışında da özünü büruzə verib. Belə ki, 1 kiloqram konfetin əvvəlki qiyməti 3 manat olduğu halda, indi 3,4-3,5 manatdır.

Qiymət artımına münasibət bildirən qəssablar ətin bahalaşmasına ətlik heyvanın qıtlığının səbəb olduğunu bildiriblər. Qənnadı məhsullarının alveri ilə məşğul olan şəxslər isə bahalaşma ilə əlaqədar hər hansı fikir söyləməkdən imtina ediblər.
Просмотров: 241 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031