Четверг, 02.05.2024, 16:36
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июль » 9 » Lənkəranda polis əməkdaşı idarə etdiyi avtomobildə çaya düşüb
21:10
Lənkəranda polis əməkdaşı idarə etdiyi avtomobildə çaya düşüb

Azərbaycanın Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə iyulun 8-də saat 22.00 radələrində Lənkəran – Boradigah şose yolunun 7-ci kilometrliyində - Lənkəranın Veravul kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Haftonu qəsəbə sakini, 1988-ci il təvəllüdlü Fuad Şəmsəddin oğlu Tağıyevin idarə etdiyi "VAZ-2105” markalı, 42 BO 015 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək Veravulçay körpüsündən çaya aşıb.
Nəticədə avtomobilin sürücüsü F.Tağıyev qapalı kəllə beyin travması, çənə və sol bud sümüyünün sınığı, travmatik şok diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. Mühafizə polisi şöbəsinin əməkdaşı olan yaralıya xəstəxanada müvafiq tibbi yardımlar göstərilsə də, onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
Просмотров: 238 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031