Четверг, 02.05.2024, 16:43
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июль » 24 » Lənkəranda Müdafiə Nazirliyinə məxsus xidməti yaşayış evində yanğın olub
09:01
Lənkəranda Müdafiə Nazirliyinə məxsus xidməti yaşayış evində yanğın olub

Lənkəran şəhərində yanğın hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Lənkəran rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə şəhərin Sahil küçəsində yerləşən Müdafiə Nazirliyinin Lənkəran Rayon Mənzil İstismar Sahəsinə məxsus "N” saylı hərbi hissənin 18 saylı xidməti yaşayış evində qeydə alınıb.
Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub və onların səyləri ilə yanğın lokallaşdırılıb. Xəsarət alan olmasa da, ümumi sahəsi 58 kvadratmetr olan evin 15 kvadratmetri, əsasən çardaq hissəsi yanaraq yarasız hala düşüb. Yanğının baş vermə səbəbləri hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır.
Просмотров: 230 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031