Четверг, 02.05.2024, 16:02
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июль » 25 » Lənkəranda məscidin qarşısında kütləvi dava təşkil etməkdə və qəsdən adam öldürməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
19:33
Lənkəranda məscidin qarşısında kütləvi dava təşkil etməkdə və qəsdən adam öldürməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Lənkəran Ağır Cinayətlər Məhkəməsində məscidin qarşısında kütləvi dava təşkil etməkdə və qəsdən adam öldürmədə təqsirləndirilən 10 nəfərdən ibarət dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Nəzər Sadıqov 13 il, Elvin Mirzəyev 13 il, Həsən Adəmzadə 11 il 6 ay, Arif Feyzullayevin 4 il 6 ay, Miri Miriyev 4 il, Orxan Dəyyazov 2 il, Emil Bayramov 1 il 6 ay, Ramin Hümbətovun isə 1 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə Məlikağa Məlikli və Sadiq Həsənovun barəsində isə 3 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası təyin edib.


Qeyd edək ki, məlum hadisə ötən il sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinin qarşısına toplaşmış yerli sakinlərə "Vinçester” markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

Prosesdə ifadə verən təqsirləndirilən şəxslər özlərini elan olunmuş ittiham üzrə təqsirli bildiklərini deyiblər. Onlar hadisənin təsadüf nəticəsində baş verdiyini bildiriblər. Təqsirləndirilən şəxslər ifadələrində göstəriblər ki, hadisə yerinə Qumbaşıdan olan bir neçə nəfərlə aralarında olan münaqişəyə aydınlıq gətirmək üçün gəliblər. Lakin zərərçəkmiş şəxslərin məsələyə müdaxiləsi hadisənin baş verməsinə səbəb olub. Münaqişəyə səbəb isə Qumbaşıdan olan bir neçə şəxsin təqsirləndirilən şəxslərin yaşadıqları ərazidə avtomobili yüksək sürətlə sürməsi və dava salmaları göstərilib.
Просмотров: 253 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031