Суббота, 04.05.2024, 06:23
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 21 » Lənkəranda II Respublika Teatr Festivalı keçirilir
15:07
Lənkəranda II Respublika Teatr Festivalı keçirilir

Bu gün Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində "Yeni teatr” II Respublika Festivalı start götürüb. APA-nın Cənub bürosunun məlumatına görə, festivalın açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək tədbirin "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müddəalarına müvafiq olaraq keçirildiyini, onun başlıca məqsədinin regionlarda mədəniyyətin daha da inkişaf etməsinə təkan verməkdən, bölgələrdə fəaliyyət göstərən teatrların bacarığını bu festival vasitəsi ilə nümayiş etdirməkdən , teatrlar arasında yaradıcılıq əlaqələrini möhkəmləndirməkdən, sənət mübadiləsinə şərait yaratmaqdan ibarət olduğunu bildirib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov isə festival iştirakçılarını lənkəranlılar adından salamlayaraq onların yaradıcılıq imkanlarının üzə çıxarılması üçün hər şəraitin yaradıldığını qeyd edib. Daha sonra Lənkəran Dövlət Dram Teatrının truppası Qriqori Qorinin "Herostratı unudun” tamaşasını nümayiş etdirib.
Qeyd edək ki, iyunun 27-nə kimi davam edəcək festivala respublikanın 12 dövlət və Bakı Bələdiyyə Teatrının kollektivi qatılacaq. Onu da xatırladaq ki, "Yeni teatr” I Respublika Festivalı 2009-cu ildə Gəncədə keçirilib.
Просмотров: 274 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930