Вторник, 30.04.2024, 05:19
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 4 » Lənkəranda gənclər üçün teatr günü keçirilib
06:29
Lənkəranda gənclər üçün teatr günü keçirilib


Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında "Gənclər teatrı sevir” devizi ilə teatr günü keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirin təşkilində başlıca məqsəd gənclərin teatr sənətinə marağının artırılması, onlar arasında teatr mədəniyyətinin formalaşdırılması, elecə də teatrın inkişafına mənəvi dəstək göstərmək olub. Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin kollektivi də daxil olmaqla Lənkəran Dövlət Universitetinin,  Lənkəran Dövlət Humanitar və Tibb kolleclərinin  tələbələri, ümumilikdə 300-ə yaxın fəal gənc bu sənət ocağında yaradılmış iş şəraiti ilə tanış olmaqla yanaşı, sevimli aktyorlarla ünsiyyət tapmaq imkanı qazanıb. Daha sonra onlar  "Kitabi Dədə Qorqud” dastanının "Dəli Domrul” boyunun motivləri əsasında  teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Baba Rzayevin səhnələşdirdiyi və quruluş verdiyi "Məhəbbət və ölüm” tamaşasını böyük maraqla izləyiblər.

Просмотров: 240 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031