Суббота, 04.05.2024, 06:36
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 15 » Lənkəranda boks turniri keçirilir
21:13
Lənkəranda boks turniri keçirilir


Lənkəran rayonunun Liman şəhərində yerləşən Cənub Regional Boks Mərkəzində Qurtuluş gününə həsr olunmuş rayonlararası boks turnirinə start verilib. APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Astara Gömrük İdarəsinin təşəbbüsü ilə keçirilən yarışda respublikanın 9 rayonunu təmsil edən 12 komandanın tərkibində 110 nəfərədək idmançı iştirak edir. Yarışın açılış mərasimini giriş sözü ilə açan Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov Qurtuluş günü münasibətilə yarış iştirakçılarını təşkilat komitəsi adından təbrik edib.
Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov və Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Qeyd edək ki, üç gün davam edəcək yarışlarda qaliblərə fəxri diplom , medal və xatirə hədiyyələri təqdim olunacaq.
Просмотров: 389 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930