Вторник, 07.05.2024, 03:29
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Август » 11 » Lənkəranda baş verən yol qəzasında mikroavtobus aşıb, yaralananlar var
14:59
Lənkəranda baş verən yol qəzasında mikroavtobus aşıb, yaralananlar var

Azərbaycanın Lənkəran rayonunda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Şəhər Polis Şöbəsinin (ŞPŞ) müstəntiqi Murad Rzayevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə bu gün saat 11.00 radələrində şəhərin 20 Yanvar və Mirzə Məhəmməd Axund küçələrinin kəsişdiyi yerdə qeydə alınıb. Astara rayon sakini, 1983-cü il təvəllüdlü Zamiq Zahir oğlu Əliyevin idarə etdiyi "VAZ-2107” markalı, 07 BD 620 dövlət nömrə nişanlı avtomobil Lənkəran-Astara marşrutu üzrə işləyən Astara rayon sakini, 1970-ci il təvəllüdlü Bəxtiyar Ariz oğlu Ələkbərovun idarə etdiyi "QAZEL” markalı sərnişin mikroavtobusu ilə toqquşub.
Zərbənin təsirindən "QAZEL” aşıb və içindəki iki sərnişin – Astara rayon sakinləri, 46 yaşlı Feyruz Məmmədov və Ağəddin Məmmədov baş və boyun nahiyəsinin qapalı travması və əzilməsi, kəllə-beyin travması diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) travmatologiya şöbəsinə yerləşdirilib. MRX-nin şöbə müdiri Rövşən İmanverdiyevin APA-ya verdiyi məlumata görə, hər iki yaralıya müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyətləri stabildir. Müstəntiq M. Rzayev isə qəzanın "VAZ-2107” markalı avtomobilin sürücüsünün "STOP” nişanının tələblərini pozması və sürət həddini aşması səbəbindən baş verdiyini bildirib.
Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
Просмотров: 252 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2011  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031