Четверг, 02.05.2024, 04:06
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июль » 8 » Lənkəranda 8 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
19:55
Lənkəranda 8 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Azərbaycanın Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq-təhqiqat şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə iyulun 8-də saat 12.30 radələrində Ələt-Astara magistralının 204-cü kilometrliyində - Lənkəran rayonunun Velədi kəndi ərazisində qeydə alınıb.
Rayonun Gərmətük qəsəbə sakini, 1988-ci il təvəllüdlü Şahmar Şirzad oğlu Səfərov idarə etdiyi "QAZ-3302” markalı, 42 BM 536 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada, rayonun Velədi kənd sakini, 2003-cü il təvəllüdlü Fatma Teymur qızı Mehrəliyevanı vurub. F. Mehrəliyeva aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı DİN-nin BDYPİ-nin istintaq-təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Просмотров: 242 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031