Четверг, 02.05.2024, 11:46
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июль » 1 » Lənkəran şahmat məktəbinin yetirmələri Ukraynada keçirilən “Mukaçevo-2011” Beynəlxalq şahmat festivalında uğur qazanıblar
07:11
Lənkəran şahmat məktəbinin yetirmələri Ukraynada keçirilən “Mukaçevo-2011” Beynəlxalq şahmat festivalında uğur qazanıblar

İyunun 21-dən 26-dək Ukraynanın Mukaçevo şəhərində III Beynəlxalq "Mukaçevo-2011” şahmat festivalı keçirilib. Bu barədə APA-nın Cənub bürosuna məlumat verən Lənkəran şahmat məktəbinin direktoru İdrak Dadaşovun sözlərinə görə, yarışda 6 ölkədən 300-dək şahmatşı müxtəlif reytinq və yaş qruplarında qələbə uğrunda mübarizə aparıb. İsveçrə sistemi üzrə 9 turda keçirilən bu mötəbər yarışda Azərbaycan Respublikasını Lənkəran şəhər şahmat məktəbinin zəka sahibləri təmsil edib. Elnur Əliyev, Cavidan Babazadə, Murad Rzayev, Kənan Əhədzadədən ibarət komandanın çıxışı uğurlu alınıb.
Belə ki, "C” qrupunda 16 yaşadək şahmatçılar arasında 27 mümkün xaldan 24 xal toplayan 14 yaşlı Cavidan Babazadə ən yaxın rəqibini 4 xal qabaqlayaraq I yeri özünə təmin edib. 11 yaşlı şahmatçıların yarışında son turadək liderlik edən Kənan Əhədzadə isə axırıncı oyunda büdrəyərək IV yeri tutub.
Qeyd edək ki, komandanın rəhbəri, Lənkəran şəhər şahmat məktəbinin direktoru İdrak Dadaşov ölkəmizi bu mötəbər yarışda hakim qismində təmsil edib.
Просмотров: 273 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031