Вторник, 30.04.2024, 10:28
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 4 » Lənkəran rayonunda tərəvəz əkini geniş vüsət alıb
15:30
Lənkəran rayonunda tərəvəz əkini geniş vüsət alıb


Havaların əlverişli keçməsi Lənkəran rayonunda yaz-tarla işlərinin vaxtında aparılmasına şərait yaradıb. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) aparatının aqrar məsələlər şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, təsərrüfatçılar açıq sahələrdə tərəvəz bitkilərinin əkininə başlayıblar. Cari təsərrüfat ilində rayonda 7 min hektar sahədə əkin aparılması üçün hazırlıq görülüb. Bunun 5 min hektarı tərəvəz əkini üçün nəzərdə tutulub.

       ŞİH-dən onu da bildiriblər ki, ötən il hava şəraiti əkinə yararlı olmasa da, çəkilən zəhmət hesabına rayon üzrə 124 min ton tərəvəz məhsulu tədarük olunub. Bu il isə məhsuldarlığın daha da artırılması üçün torpağa lazımi aqrotexniki qulluq göstərilib. Keyfiyyətli toxum hesabına istixanalarda keyfiyyətli şitillər yetişdirilib. Aprel ayının ikinci ongünlüyündən başlayaraq isə bitkilərin açıq sahələrdə torpağa köçürülməsinə başlanıb. Mütəxəssislərin qənaətincə, lazımi becərmə işləri aparmaq və yüksək məhsuldarlıq əldə etmək azdır. Əsas məsələ məhsulu mümkün qədər itkisiz toplayıb, tədarük etməkdir. Bunun üçünsə əkilən sort düzgün seçilməli və keyfiyyətli toxum əldə edilməlidir.

         Rayonda elit toxum sortlarının yetişdirilməsi ilə Zona Təcrübə Stansiyasının kollektivi məşğuldur. Stansiyanın direktoru Həzər Hüseynovun dediyinə görə, il ərzində təcrübə sahələrində tərəvəzin 80-ə yaxın sortu üzərində tədqiqat işləri aparılır. Bu il fermerlərə əvvəllər istifadə etdikləri «Leyla» və «İlkin» sortlarından əlavə,  yeni «Zəfər» sortu da təklif olunub. Təsərrüfatın sahələtində indiyədək 12 hektarda pomidor, 2,5 hektarda soğan, 2 hektarda xiyar, 2 hektarda noxud, 2 hektarda lobya, 0,5 hektarda isə sarımsaq və badımcan əkini aparılıb. Əkin işlərinə yerli sakinlərdən 60-a yaxın əlavə işçi cəlb edilib.

         H.Hüseynov stansiyanın kifayət qədər texnikaya malik olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, burada "T7OS”, "DT75” markalı traktorlar, kultivator, süni suçiləyən qurğu, dərmandaşıyan, plantaj kotan və s. texnikanın imkanlarından istifadə olunur. Yaxın zamanlarda isə müəssisəyə daha bir yeni texnika-Gəncə Traktor Zavodunun isyehsalı olan  "T82” markalı traktor gətiriləcək.

 

Просмотров: 420 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031