Вторник, 30.04.2024, 10:09
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 11 » Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dəyişiklik edilib
19:04
Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dəyişiklik edilib


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində müavin ştatları artırılıb. Belə ki, Prezidentin imzaladığı "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərmanla İdarədə əlavə müavin postları müəyyənləşib. Modern.az bildirir ki, dövlət başçısnını imzaladığı fərmanla "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi”nə dəyişiklik edib.

Belə ki, Əsasnamənin 17-ci və 20-ci bəndlərinə edilən dəyişiklik nəticəsində əvvəllər İdarə rəisinin bir müavini nəzərdə tutulurdusa, dəyişiklikdən sonra bu ştatın sayı artırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Prezidentin 03 mart 2004-cü il tarixli sərəncamı ilə yaradılıb.
Ölkə başçısının 28 oktyabr 2004-cü il tarixli fərmanı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi və prokurorluq işçilərinin ümumi say tərkibi təsdiq edilib.

İdarənin əsas vəzifələrinə korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlara baxıb araşdırma aparmaq, korrupsiya ilə bağlı cinayətlərlə əlaqədar cinayət işi başlayıb ibtidai istintaq aparmaq, həmin cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədi ilə əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi üçün tədbirlər görmək, korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlamaq və sair daxildir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.

Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq, Analitik-informasiya və Daxili təhqiqatlar şöbələrindən ibarət strukturu və həmin şöbələrin əsasnamələri təsdiq edilib. İstintaq şöbəsinin vəzifələrinə cinayət işləri üzrə ibtidai istintaq aparmaq, Analitik-informasiya şöbəsinin vəzifələrinə korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlara baxmaq və araşdırma aparmaq daxildir. Daxili təhqiqatlar şöbəsi prokurorluqda idarədaxili nəzarət funksiyalarını həyata keçirməklə yanaşı, korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin aparılması üçün tədbirlər görmək vəzifələrini yerinə yetirir. 

Korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılmasında əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılması məqsədi ilə əməliyyat-axtarış fəaliyyəti subyekltərinin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış və bu sahədə təcrübəyə malik olan əməkdaşları Baş prokurorun müraciəti əsasında əməliyyat-axtarış subyektlərinin rəhbərləri tərəfindən İdarəyə ezam edilirlər.
Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin qanunvericiliklə müəyyən olunmuş səlahiyyət bölgüsünə uyğun olaraq İdarəyə ezam edilmiş əməkdaşları İdarə rəisinin tapşırıqlarını icra edir və görülmüş tədbirlər barədə ona məlumat verirlər.

İdarənin strukturu və onun tərkibində yaradılan söbələrin səlahiyyətləri Azərbaycan Rеspublikasının qanunvеriciliyinə və bu Əsasnaməyə müvafiq olaraq Baş prоkurоr tərəfindən müəyyən еdilir.

Əsasnamənin adı çəkilən 17 bəndində qeyd olunur ki, İdarə rəisinin müavini və İdarənin digər işçiləri İdarə rəisinin təqdimatına əsasən Baş prоkurоr tərəfindən vəzifəyə təyin еdilir və vəzifədən azad еdilir. İndi buradakı "müavini” sözləri "müavinləri” ilə əvəz edilib.

20 bənddə isə göstərilir ki, İdarə rəisi olmadıqda onun vəzifələrini İdarə rəisinin müavini icra edir. Bu dəyişiklikdən sonra həmin səlahiyyət bütün müavinlərə aid ediləcək.

Qeyd edək ki, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əiliyevdir. 2007-ci ildə bu vəzifəyə təyin edilən K.Əliyev bundan əvvəl Baş Prokurorluqda dövlət ittihamının müdafiəsi idarəsinin rəisi işləyib. İdarə rəisnin müavini isə İlqar Abbasovdur.
İlqar Abbasov bu vəzifəyə qədər Baş prokurorun köməkçisi vəzifəsini tutub.  2009-cu ilin avqustundan İlqar Abbasov tutduğu vəzidəfən azad edilərək, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Baş prokurorunun əmri ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin nəzdində "161" nömrəli "qaynar xətt" əlaqə mərkəzi yaradılıb. Bu il martın 3-dən fəaliyyətə başlayan "qaynar xətt" əlaqə mərkəzi istirahət və bayram günləri də daxil olmaqla, sutkada 24 saat fasiləsiz işləyir. 
Məqsəd vətəndaşlara korrupsiya hüquqpozmaları barədə şəhərlərarası, respublika daxili və mobil telefonlar vasitəsilə həmin mərkəzə ödənişsiz zəng etmək üçün texniki imkanlar yaratmaqdır.

Xaqani Səfəroğlu

Просмотров: 325 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031