Вторник, 30.04.2024, 07:29
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 4 » Jurnalistlər üçün tikiləcək bina 2 ildən tez hazır olmayacaq
12:19
Jurnalistlər üçün tikiləcək bina 2 ildən tez hazır olmayacaq

2 bloklu 18 mərtəbəli binanın smeta sənədləri artıq FHN-ə təqdim edilib

http://anspress.com/images/photos/1089.jpg

"Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikiləcək binayla bağlı artıq bütün hazırlıq işləri yekunlaşıb. Binanın tikintisi üçün lazım olan vəsait də artıq fondun hesabına keçirilib”. ANS PRESS-in məlumatına görə, bu barədə 3 may Beynəlxalq Mətbuat Günü ilə bağlı təşkil edilmiş tədbirdə iştirak edən KİVDF-nin prezidenti Vüqar Səfərli bildirib. Onun sözlərinə görə, artıq binanın texniki və smeta sənədləri hazırlanaraq ekspertizadan keçmək üçün Fövqəladə Hallar Nazirliyinə təqdim edilib. "Artıq dəqiqləşib ki, tikiləcək bina 2 bloklu, 18 mərtəbəli olacaq. Yəqin ki, bu ayın sonuna qədər həmin binanın təməlqoyma mərasimi də keçiriləcək”, - deyə Səfərli əlavə edib.

O qeyd edib ki, jurnalistlər üçün tikiləcək bina 2 ildən tez istifadəyə verilməyəcək. Binanın tikintisinin yekunlaşmasına bir neçə ay qalmış müraciətlərin qəbuluna başlanacaq. Hər bir jurnalist fərdi şəkildə ev almaq üçün müraciət edə bilər.

Vüqar Səfərli əlavə edib ki, tikiləcək binadan ev almaq üçün təkcə qəzet və internet mediasının nümayəndələri deyil, televiziya jurnalistlərinin də müraciət etməsinin təmin edilməsi planlaşdırılır.

Просмотров: 245 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031