Вторник, 30.04.2024, 05:31
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 14 » İsveçli telejurnalistər Lənkəranda olublar
18:58
İsveçli telejurnalistər Lənkəranda olublar


İsveçdə fəaliyyət göstərən SVT İctimai Televiziya və Radio Yayım Şirkətinin əməkdaşları Hugo Lavett və Fabian Sturm Lənkəranda olublar.

APA-nın Cənub bürosunun məlumatına görə, "IREX-Azərbaycan” təşkilatının Lənkəran şəhərində yerləşən ofisində qonaqlarla bölgədə fəaliyyət göstərən jurnalistlərin görüşü keçirilib.

Görüşdə qonaqlar Azərbaycana səfər etməkdə məqsədin regional medianın vəziyyətini yaxından öyrənməkdən, bu sahədə təcrübə mübadiləsi aparmaqdan ibarət olduğunu bildiriblər. Gürcüstanda da səfərdə olduqlarını dilə gətirən xarici jurnalistlər azərbaycanlı həmkarları ilə medianın imkanları və problemləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdən sonra qonaqlar Lənkəranın füsunkar təbiəti ilə tanış olublar.
Просмотров: 288 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031