Вторник, 30.04.2024, 07:40
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 13 » İmişlidə evin uçması nəticəsində azyaşı uşaq dağıntılar altında qalıb
22:14
İmişlidə evin uçması nəticəsində azyaşı uşaq dağıntılar altında qalıb


İmişli rayonunda bədbəxt hadisə baş verib. Bir mərtəbəli evin bir hissəsinin ucması nəticəsində azyaşlı uşaq dağıntılar altında qalıb. Hadisə bu gün təqribən saat 13:00-14:00 radələrində rayonun Hacıalmuradlı kəndində qeydə alınıb. Ev sahibəsi Şəfəq Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, hadisə zamanı Mirkamil Məmmədov evin hasarının yanında oynayarkən baş verdiyindən o, dağıntının altında qalıb.

Müxtəlif bədən xəsarətləri alan uşaq valideynlərinin köməkliyi ilə dağıntının altından çıxarılıb. Hadisə nəticəsində 3 otaqlı evin bir otağı tam yararsız vəziyyətə düşüb.

Zərərçəkənin dediyinə görə, onlar bu ilin əvvəlində Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Fevral ayında isə nazirliyin mütəxəssisləri kəndə gələrək evə baxış keçirib və evin qəzalı olması qeydiyyata salınıb. Bundan sonra isə heç bir dəyişiklik baş verməyib. Ev uçandan sonra isə zərərçəkən ailə Rayon İcra Hakimiyyətinə üz tutub. İcra başçısı yerində olmadığından onları başçının müavini Səfa müəllim qarşılayaraq bildirib ki, əraziyə baxış keçiriləcək və lazımi tədbirlər görüləcək.
Просмотров: 293 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031