Вторник, 30.04.2024, 04:29
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 17 » Hacıqabul rayonunun Paşalı-1, Paşalı-2 və Şorbaçı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilmişdir
16:59
Hacıqabul rayonunun Paşalı-1, Paşalı-2 və Şorbaçı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilmişdir


Hacıqabul rayonunun Paşalı-1, Paşalı-2 və Şorbaçı kəndlərinə ilk dəfə olraq təbii qaz verilmişdir. 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz” İstehsal Birliyinin həyata keçirdiyi birpilləli sistem əsasında qazlaşdırılması istiqamətində aparılmış tikinti işləri zamanı ümumi uzunluğu 151 300 metr olan müxtəlif diametrli polietilen borularla qaz xətləri çəkilmiş, 400 ədəd sayğac və 46 ədəd siyirtmə quraşdırılmışdır.

Bu münasibətlə keçirilən mərasimlərdə çıxış edən ARDNŞ-in "Azəriqaz” İstehsalat Birliyinin tikinti işləri üzrə direktor müavini Asif Ağayev, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, ictimaiyyətin nümayəndələri, kənd ağsaqqalları yerli sakinləri əlamətdar gün münasibətilə təbrik etmiş, regionlarda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Просмотров: 298 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031