Пятница, 03.05.2024, 22:57
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 26 » Hacı Allahşükür Paşazadənin Mərakeşə səfəri başa çatıb
09:55
Hacı Allahşükür Paşazadənin Mərakeşə səfəri başa çatıb

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin Mərakeşə səfəri başa çatıb. Afrikanın şimal-qərbində yerləşən Mərakeşi Azərbaycana yaxınlaşdıran təkcə subtropik iqlim qurşağı deyil, həm də ərazi problemidir. 22 ərəb ölkəsi arasında ən sabit dövlət kimi xaraketrizə olunan Mərakeşin Qərbi Saxara münaqişəsi Vİ Məhhəmmədin Krallğında ən ciddi problemlərindən biridir.

Bu baxımdan da bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə və bir qrup millət vəkillərindən ibarət nümayəndə heyətinin Mərakeşə səfəri təsadüfi deyildi. Elə müxtəlif səviyyələrdə keçirilən görüşlərdə də Hacı Allahşükür Paşazadə müsəlman ölkələrnin öz ərazi bütövlüyünü birlikdə müdafiə etməyə çağırdı.

Hacı Allahşükür Paşazadə deyir ki, nümayəndə heyəti Azərbaycanda baş verən hadisələri onlara tanıtmağa çalışdı. Şeyxin sözlərinə görə, xüsusən də Dağlıq Qarabağ məsələsinin hansı şəkildə həll olunması ərəb ölkələrini də narahat edir: "Onlar bizi çox dəstəkləyirlər və bizim səylərimizi yüksək qiymətləndirirlər. Mən bu səfəri nəticə etibarı ilə olduqca yüksək qiymətləndirirəm”.

Mərakeş rəsmiləri də bu mövqedədir ki, bütün müsəlman ölkələri problemələrin həllində həmrəy olmalıdır. Bunun üçün isə həm ikitərəfli, həm də regionla əlaqələrin möhkəmlənməsinə ehtiyac var.

Mərakeş Nümayəndələr Palatasının sədri Şeyx Məhəmməd İbeydullanın sözlərinə görə, Mərakeş Azərbaycanın ərazi bötövlüyünü dəstəkləyən, onu tanıyan dövlətdir: "Bizim də Məğribdə Qərbi səhra problemimiz var. Ona görə də hər iki ölkə qarşılıqlı olaraq bir-birinə yardım, kömək əlini uzatmalıdır. İstər ATƏT olsun, istər Avropa Şurası, eləcə də İslam Konfansı Təşkilatında əməkdaşlığımız davam etməlidir”.

Hər iki ölkənin din alimlərinin qarşılılqı olaraq təcrübələrini paylaşması, təhsil mübadiləsi, bundan başqa, iqtisadi əlaqlərin inkişafı da müzakirə olunan məsələr arasında idi. Bütün Qafqazın şeyxi həm də paytaxt Rabatda hazırki kralın babası V Məhəmmədin mavzoleyini, o cümlədən Kasablanka şəhərində inşa edilən ikinci Həsən Məscidini də ziyarət edib.

Şeyxin Mərakeşə səfəri dünyada ən hündür minarəli ibadətgahda müsəlman ölkəlrinin birliyinə duası ilə başa çatdı.
Просмотров: 270 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930