Вторник, 30.04.2024, 07:02
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 4 » Gülyaz və Gülyanaq Məmmədovalar Aşqabadda çıxış ediblər
15:46
Gülyaz və Gülyanaq Məmmədovalar Aşqabadda çıxış ediblər


Azərbaycan sənətçiləri Türkmənistanın paytaxtı Aşqabadda keçirilən "Türk xalqlarının mədəni irsi” mövzusunda beynəlxalq festivalda iştirak ediblər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, musiqiçilərimiz tədbirin rəsmi açılış mərasimindən sonra türkdilli ölkələrin incəsənət ustalarının ortaq musiqi proqramında çıxış ediblər. Festivalın açılışında ilk olaraq Azərbaycan musiqisi və milli rəqslərimiz təqdim olunub.
Hər ölkədən gələn nümayəndə heyəti 5-10 dəqiqəlik çıxışla milli rəqs və mahnılarını təqdim edirdi. Azərbaycanı festivalda Rəşid Behbudov adına Mahnı Teatrının musiqi kollektivi (bədii rəhbər, xalq artisti Kamil Vəzirov (qarmon), musiqiçilərdən əməkdar artist Cəmaləddin Dadaşov (qoşa nağara), Qorxmaz Qurbanov (sintezator), Bəhruz Cavadov (nağara), Əbülfət Məmmədrəhimov (saz), müğənnilərdən əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova, Əbülfət Nəzərov, baletmeyster Zakir Ağayevin rəhbərliyi ilə rəqs qrupu təmsil edirdi.
Mahnı Teatrının solistlərinin və rəqs qrupunun çıxışları böyük maraqla qarşılandı və demək olar ki, festivalın ən maraqlı ifalarından oldu.
Beynəlxalq festivala Türkmənistan mediası, özəlliklə televiziyalar, habelə TRT-Avaz kanalı böyük maraq göstərirdi. Tədbir günlərində Azərbaycan nümayəndə heyətinin üzvləri, incəsənət ustalarımız dəfələrlə teleefirdə canlı yayımlarda çıxış etdilər.
Qeyd edək ki, Gülyanaq Məmmədova Türkmənistanda yaxşı tanınır və sevilir. Bir neçə dəfə bu ölkədə konsert proqramı ilə çıxış edən sənətçimiz ötən ilin oktyabrında keçirilən "Türkmənin qızıl əsri” müsabiqəsinin qalibi olub.
Просмотров: 253 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031