Вторник, 30.04.2024, 05:33
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 15 » Gənclər və İdman Nazirliyi Azərbaycanda keçiriləcək Avroviziya-2012 müsabiqəsinin təşkili üçün vəzifələri yerinə yetirəcək
13:06
Gənclər və İdman Nazirliyi Azərbaycanda keçiriləcək Avroviziya-2012 müsabiqəsinin təşkili üçün vəzifələri yerinə yetirəcək


Eldar Qasımov və Nigar Camalın "Avroviziya 2011" müsabiqəsinin qalib olması Azərbaycan dövləti, xalqı, Azərbaycan gəncliyinin böyük qələbəsidir, bunu bazar günü Trend-ə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

"Bu, Azərbaycan dövləti, xalqı, Azərbaycan gəncliyinin böyük qələbəsidir. Biz bir daha Azərbaycan olaraq dünya miqyasında mədəniyyətimizi, musiqimizi, gəncliyimizi nümayiş etdirdik. Bu qələbə böyük qələbələrin başlanğıcıdır və Azərbaycan xalqı bu qələbəyə layiq olan bir xalqdır" Babayev deyib.

Babayev deyib ki, əvvəldən Gənclər və İdman Nazirliyi İctimai Televiziya ilə birgə bu proseslərdə iştirak edir.

"Yəqin ki, Azərbaycanda keçiriləcək Avroviziya-2012 müsabiqəsinin təşkili üçün Nazirlik onun üzərinə düşən vəzifələri yerinə yetirəcək. Azərbaycanda gənclərlə bağlı gələcəyə yönəlmiş strategiya düzgün istiqamətdə olduğunun nümunəsidir. Bunun nəticəsində Azərbaycanda bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də yüksək peşəkarlar yetişib formalaşır və bizim bayrağımızın dünya miqyasına qaldırılmasına səbəbkar olurlar" nazir müavini əlavə edib.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011" müsabiqəsinin qalibi oldu.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms- səsvermə və proffesional juri seçimi nəticəsində "Avroviziya 2011" qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.

Просмотров: 261 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031