Вторник, 30.04.2024, 08:49
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 17 » Gəncə Şəhər Polis İdarəsinin rəisi polis kapitanının törətdiyi qətlin təfərrüatlarını açıqlayıb
16:10
Gəncə Şəhər Polis İdarəsinin rəisi polis kapitanının törətdiyi qətlin təfərrüatlarını açıqlayıb


Gəncə Şəhər Polis İdarəsinin rəisi Rasim Musayev polis kapitanının törətdiyi qətl hadisəsinə münasibət bildirib. R. Musayev APA-ya hadisəni təfərrüatlarını açıqlayıb.


R. Musayevin bildirdiyinə görə, hadisə polis serjantı Mehdi Həsənova məxsus "Mitsubishi” markalı maşında qeydə alınıb: "Onlar kirvədir. Bir yerdə nahar etməyə gediblər. Geri qayıdanda aralarında mübahisə düşüb. Nəticədə polis kapitanı İnqilab Sadıqov Mehdi Həsənova bıçaqla xəsarət yetirib. İnqilab hadisəni törətdikdən sonra polisə məlumat versə də, artıq gec olub. Mehdi Həsənov çoxlu qan itirdiyindən dünyasını dəyişib”. R. Musayev hadisəni törədən İ. Sadıqovun artıq həbs edildiyini qeyd edib: "İnqilab artıq istintaqa təhvil verilib. Tərəfimizdən dindirilərkən İnqilab qeyd edib ki, əsəbiləşib və Mehdini vurub. O, çox peşman olduğunu da bildirdi”.

Qeyd edək ki, Kəpəz Rayon Polis Şöbəsinin sahə müvəkkili, polis kapitanı İnqilab Sadıqov münaqişə zəminində onunla birgə xidmətdə olan qohumu, polis serjantı Mehdi Həsənovu qətlə yetirib.

Faktla bağlı Gəncə şəhər prokurorluğu tərəfindən cinayət işi qaldırılıb, istintaq aparılır.
Просмотров: 293 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031