Вторник, 30.04.2024, 05:06
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 13 » DSMF qalib jurnalistlərin adlarını açıqladı
18:30
DSMF qalib jurnalistlərin adlarını açıqladı


Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) kütləvi informasiya vasitələri üçün "Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir" mövzusunda elan edilən müsabiqənin nəticələri acıqlanıb. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə bildirilib ki, müsabiqə prezident İlham Əliyevin təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq keçirilib. Müsabiqəyə həm televiziyalar, həm də qəzetlər böyük maraq nümayiş etdiriblər.

20 fevral 2011-ci il tarixdən 1 aprel 2011-ci il tarixə kimi davam edən müsabiqəyə sığorta-pensiya sistemində şəffaflığın təmin olunmasına xidmət edən islahatların, xüsusilə avtomatlaşdırılmış pensiya təyinatına keçidin təmin olunması, sığortaolunanların fərdi şəxsi hesablarında toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sisteminin yaradılması məqsədilə həyata keçirilən tədbirlərin, informasiya texnologiyaları vasitəsilə əhali üçün yaradılan xidmət növlərinin səmərəliliyinin və qeyd olunan mövzuda digər məsələlərin əksini tapdığı analitik məqalələr televiziyada göstərilmiş telesüjetlər təqdim edilib.

Müsabiqənin nəticələrinə əsasən, Rəşad Baxşəliyev "Şərq” qəzetində dərc olunan yazısına görə, Xalid Vahidoğli "Üç nöqtə” qəzetində dərc olunan yazısına görə, Nigar Məmmədli "Qafqazinfo” internet qəzetində dərc olunan yazısına görə, Rəsmiyyə Rzalı "Azərbaycan” qəzetində dərc olunan yazısına görə, Cəmilə Əsgərxanqızı "Həftə içi” qəzetində dərc olunan yazısına görə, Ülkər Nəbiyeva "525-ci qəzet”də dərc olunan yazısına görə, Xalid Məmmədov "Azərbaycan Dövlət Teleqraf Agentliyi”ndə (AzərTAc) dərc olunan yazısına görə, Babək Göyüş "Üç nöqtə” qəzetində dərc olunan yazısına görə, Yusif Seyid "Paralel” qəzetində dərc olunan yazısına görə, Ruhiyyə Daşsalahlı "Yeni Azərbaycan” qəzetində dərc olunan yazısına görə, Vüqar Haqverdiyev "Milli.az” xəbər portalında dərc olunan yazısına görə mükafata (fərqlənmə) layiq görülüblər.

Ən yaxşı məqalə nominasiyası üzrə I yerə İlhamə İsabalayeva Azəri-Press Xəbər Agentliyində (APA) dərc olunan yazısına görə, II yerə (2 nəfər) Samir Mustafayev "Azərbaycan” qəzetində dərc olunan yazısına görə və İlahə Məmmədli "Trend” İnformasiya Agentliyində dərc olunan yazısına görə, III yerə (3 nəfər) İradə Ağayeva "Азербайджанские Известия” qəzetində dərc olunan yazısına görə, Murad Baxşəliyev "Paritet” qəzetində dərc olunan yazısına görə və Akif Nəsirli "Paralel” qəzetində dərc olunan yazısına görə layiq görülüblər.

Televiziya kanallarında verilmiş ən yaxşı telesüjetlər üzrə isə I yerə Zümrüd Dəmirova ("Xəzər” televiziyası), II yerə (2 nəfər) Əli Rzayev ("Azərbaycan Televiziya və Radio Verilişləri” QSC) və Sülhiyyə Şirinova ("Space” Müstəqil Televiziya və Radio Şirkəti), III yerə (2 nəfər) Rasim Şərifov ("Lider” televiziyası) və Neyman Səfərəliyev ("ANS” Müstəqil Yayım və Media Şirkəti) layiq görülüblər.

DSMF sədri Səlim Müslümov qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplom və mükafatları təqdim edib. S.Müslümov vurğulayıb ki, Fond sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə yeni layihələr gerçəkləşdirməyi planlaşdırır. Bu layihələr icra olunarkən kütləvi informasiya vasitələrinin rolundan daha geniş şəkildə istifadə ediləcək.


Просмотров: 252 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031