Вторник, 30.04.2024, 05:18
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 11 » Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb
19:06
Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb


Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. APA-nın Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin internet səhifəsinə istinadən verdiyi məlumata görə, mayın 11-də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1975-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Seyidov Rövşən Eldar oğlunun yanına qısa müddətli görüşə gəlmiş anası, Əzimova Şəfiqə Səməd qızının gətirdiyi sovqata baxış keçirilib. Bu zaman sovqatın arasında çəkisi 500 qram olan, üzərində «Doymak» makaron məmulatları yazılmış 2 ədəd sellofan torbanın içərisindəki makaron dənələrinin arasında polietilen materiallara bükülərək yerləşdirilmiş 50 ədəd bükümdə, ümumi çəkisi 23,310qram olan narkotik maddə – heroin aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Просмотров: 311 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031