Четверг, 02.05.2024, 15:31
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июль » 27 » Cəlilabad sakini arvadını və oğlunu bıçaqlayıb
20:49
Cəlilabad sakini arvadını və oğlunu bıçaqlayıb

Azərbaycanın Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.


Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Kazımabad kəndində qeydə alınıb.


Kənd sakini, 1953-cü il təvəllüdlü Əzim İsbat oğlu Abdullayev ailə münaqişəsi zəminində arvadı, 1958-ci il təvəllüdlü Gülşən Ədil qızı Abdullayevaya və oğlu, 1977-ci il təvəllüdlü Elçin Abdullayevə bıçaqla ağır bədən xəsarəti yetirib. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətləri stabildir.

Hadisəni törətmiş Ə.Abdullayev saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Просмотров: 271 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031