Вторник, 30.04.2024, 05:21
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 17 » Bu il iyulun 1-dən Azərbaycanda pensiyalar 40% artacaq
17:04
Bu il iyulun 1-dən Azərbaycanda pensiyalar 40% artacaq

Milli Məclisin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə məlumat verən parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, sənəddə 2006-cı ilin yanvar ayının 1-dək əmək pensiyasına çıxmış şəxslərin təqaüdlərinin artırılması məsələsi əksini tapıb. Qanun layihəsi qüvvəyə minəndən sonra, iyul ayının 1-dən təqribən 845 min nəfərin pensiyası 40%-ə qədər artacaq. Bunun üçün illik tələb olunan vəsaitin 390 mln. manat, cari ilin 6 ayında isə 195 mln. manat təşkil edəcəyi ehtimal olunur.

Hadı Rəcəbli qeyd edib ki, dəyişikliyə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrdə pensiyaya çıxmış şəxslərin əmək pensiyaları 2006-cı il 1 yanvar tarixinə nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə, 2011-ci il 1 iyul tarixindən hesablanacaq.

Bu dəyişiklik dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, məhkəmə, daxili işlər və prokurorluq orqanları işçilərinə şamil olunmayacaq.

Müzakirələrdən sonra qanuna əlavə və dəyişikliklər layihəsi qəbul olunub.

Просмотров: 314 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031