Вторник, 30.04.2024, 08:54
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 14 » Bu axşam “Eurovision-2011”-in finalıdır
13:15
Bu axşam “Eurovision-2011”-in finalıdır


Bu gün Almaniyanın Düsseldorf şəhərində "Eurovision-2011” beynəlxalq mahnı müsbaiqəsinin finalıdır. Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal səhnəyə 19-cu çıxacaqlar. Onlar "Running Scared” mahnısını ifa edəcəklər.

Müsabiqənin şərtlərinə görə, qalib bütün iştirakçı ölkələrdə sms və telefon zəngləri vasitəsilə tamaşaçı səsverməsi nəticəsində müəyyənləşir. Tamaşaçılar öz ölkələrini təmsil edən ifaçılara səs verə bilməzlər. Bu səsvermə sistemi tez-tez tənqid edilir. Xüsusilə, iddia edilir ki, səsvermə "qonşuluq prinsipi” ilə aparılır. Bununla əlaqədar olaraq, 2009-cu ildən tamaşaçılarla yanaşı, səsvermədə peşəkar münsiflər heyəti hər bir ölkədən müsiqi sahəsində beş peşəkar) iştirak edir. Münsiflər və tamaşaçıların səsləri yarıbayarı toplanır. Beləliklə, ümumi xal əldə olunur və ölkələrə verilir.

Azərbaycanda tamaşaçılar müsabiqə günü canlı ifa zamanı bəyəndiyiniz ölkənin çıxış nömrəsini yazıb istənilən mobil operatordan 9450 sms nömrəsinə göndərə bilərlər. 1 SMS-in qiyməti 60 qəpikdir. 9450 sms nömrəsi yalnız Azərbaycandan səs vermək üçündür. Hər ölkənin sms nömrəsi yayımçı televiziyadan elan olunur. Ölkəmizdən Azərbaycan təmsilçilərinə səs verə bilmərik. Azərbaycan təmsilçilərinə yalnız xarici ölkə ərazisindən səs vermək olar. 1 nömrədən 20 səs göndərmək mümkündür. Final mərhələsində çıxış edəcək ölkələrin kodu sıra nömrələri ilə eynidir.

Finalçılar çıxış ardıcıllığı püşkatma yolu ilə müəyyənləşib. İlk çıxışı finlandiyalı müğənni Paradis Oskar edəcək. Daha sonra Bosniya və Hersoqovinadan olan Dino Merlin səhnəyə çıxacaq. Digər ölkələrin çıxış ardıcıllığı belədir:

3. Danimarka
4. Litva
5. Macarıstan
6. İrlandiya
7. İsveç
8. Estoniya
9. Yunanıstan
10. Rusiya
11. Fransa
12. İtaliya
13. İsveçrə
14. Böyük Britaniya
15. Moldova
16. Almaniya
17. Rumıniya
18. Avstriya
19. Azərbaycan
20. Sloveniya
21. İslandiya
22. İspaniya
23. Ukrayna
24. Serbiya
25. Gürcüstan

"Eurovision” mahnı müsabiqəsi 1956-cı ildən keçirilir. Müsabiqənin keçirilmə yeri əvvəlki ildə qalib gələn ifaçının təmsil etdiyi ölkə olur.

İştirakçı ölkələrin sayı çox olduğundan, təsnifat mərhələsi - iki yarımfinal keçirilir. Müsabiqəyə ev sahibliyi edən ölkə, eləcə də "Eurovision”un "böyük beşliyi” - Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya mübarizəyə birbaşa finaldan başlayır.
Просмотров: 254 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031