Вторник, 30.04.2024, 05:19
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 4 » Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasına başlanıb
15:44
Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasına başlanıb


Azərbaycan prezidenti İlham Əliyevin 03 may 2011-ci il tarixli "1941-1945 -ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Sərəncamı ilə Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, artıq bu gün sərəncamda nəzərdə tutulmuş 8,7 milyon (səkkiz milyon yeddi yüz min) manat məbləğində vəsait Maliyyə Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülüb. Hazırda Fond tərəfindən birdəfəlik yardımın sərəncamın şamil olunduğu şəxslərin hesablarına köçürülməsi həyata keçirilməkdədir və proses bu həftənin sonuna kimi tam yekunlaşacaq.
Sərəncam təxminən 32 400 nəfərdən artıq şəxsə şamil olunacaq. Bunlardan 3400 nəfərə qədəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır və Sərəncama əsasən, onlara 500 manat məbləğində birdəfəlik yardım göstəriləcək. Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına isə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcəkdir. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 29 min nəfərdən artıqdır.
Xüsusi vurğulamaq yerinə düşər ki, 1941-1945-ci illər müharibəsi iştirakçılarına ayrılan birdəfəlik maddi yardımın məbləğinə görə Azərbaycan MDB ölkələri içərisində ilk yerdədir.
Просмотров: 259 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031