Вторник, 30.04.2024, 08:05
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 16 » Bakıda it festivalı keçirilib
16:02
Bakıda it festivalı keçirilib


Bakıda itlərin festivalı keçirilib. 60 cins itin nümayiş olunduğu festivalda ən yaxşı it seçilib və qalib Fransaya göndəriləcək.

Qeyd edək ki, artıq 9 ildir ki, Azərbaycan bu tip festifala ev sahibliyi edir. 2001-ci ildə yaranan kinoloqlar cəmiyyəti hər il yaz və payız aylarında belə sərgi-festival keçirərək ən yaxşi iti seçib kubokla təmin edir və beynəlxalq yarışlara göndərir. Fransada keçirilən beynəlxalq sərgiyə isə bu vaxta qədər bir çox itlər göndərilsə də hələlik orada birincilik qazanan olmayib. Rusiya, Gürcüstan, Qazaxıstandan gətirilən, həmçinin Azərbaycandan olan itlərin qoşulduğu yarışmada 330-dan artiq it iştirak edir. 60 cinsdən olan itlərin müsabiqədə fərqləndirilməsində bir özünəməxsusluq var.

"Hər it cinsi funksionalllığana görə fərqləndirilir. Əsasən itlərin eksteryerinə, yəni xarici görünüşünə fikir verilir. Yəni təyin olunma üçün konkret standartlar var”, - deyə kinoloqlar ictimai birliyinin prezidenti Zaur Ağabəyli bildirib.

Pilləli şəkildə keçirilən müsabiqədə birincilik qazanan it cinsinə sahibi üçün qiymətli olmasa da, heyvanın özü üçün əvəzolunmaz sayılan hədiyyələr verilir. Məsələn elə böyük paketlərdə it yeməkləri.

50-60 faiz Azərbaycana məxsus olan itlərin iştirak etdiyi sərgi Nizami adına mədəniyyət və istirahət parkında keçirilir.

"Buranı görməsəydik Azərbaycanda evlərdə bu qədər it saxlanıldığını bilməzdik" - deyə Nizami adına mədəniyyət və istirahət parkının direktoru Alfred Quliyev bildirib.

Bir-bir nümayiş olunan itlərin içərisindən ən yaxşısı Stavropoldan gələn çau çau cinsinə məxsus it olub.
Просмотров: 288 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031