Вторник, 30.04.2024, 07:41
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 14 » Azərbaycanın hansı bölgəsində QİÇS-li xəstələr daha çoxdur?
18:36
Azərbaycanın hansı bölgəsində QİÇS-li xəstələr daha çoxdur?


Son 24 ildə Azərbaycanda 2909 nəfər İİV-ə (insanın immun çatışmazlığı virusu) yoluxmuş şəxs rəsmi qeydiyyata alınıb. Trend-in məlumatına görə, bunu Respublika QIÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova QİÇS-dən vəfat etmiş insanların ümumdünya Xatirə Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, 1987-ci ildən indiyə qədər İİV-ə yoluxmuş insanların 2805 nəfəri Aərbaycan vətəndaşı, 104-ü əcnəbidir.

"Bu dövr ərzində Azərbaycanda 387 nəfər QİÇS-dən (qazanılmış immun çatışmazlığı sindromu) dünyasının dəyişib. Onların 342-si kişi, 45-i qadındır. QİÇS-dən ölən Azərbaycan vətəndaşları arasında 30-39 (181 nəfər) və 40-49 yaşda (134 nəfər) olanların sayı üstünlük təşkil edir. Hazırda İİV-ə yoluxanların 787 nəfəri QİÇS mərhələsindədir”, - Qədirova əlavə edib.

O, bildirib ki, son 4 ildə Azərbaycanda İİV-ə yoluxma vəziyyətində stabilləşmə var. "Lakin azalma baş verməyib. Son 4 ildə hər il 450 nəfər qeydiyyata alınıb. Bu il isə mayın 1-nə qədər 186 nəfər qeydiyyata alınıb. Azərbaycanda hazırda 1 201 ailədə İİV problemi var. Ölkə üzrə virusa yoluxma halına daha çox Şirvan-Hacıqabulda rast gəlinir. Sonrakı yerlərdə isə Lənkəran, Sumqayıt, Astara, Yevlax, Xızı, Mingəçevir, Masallı, Kürdəmir, Göyçay, Bakı-Abşeron, Siyəzən və Gəncə dayanır”, - Qədirova deyib.
Просмотров: 338 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031