Вторник, 07.05.2024, 06:58
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Август » 11 » Azərbaycanın “Halay” ansamblı Macarıstanda çıxış edəcək
14:53
Azərbaycanın “Halay” ansamblı Macarıstanda çıxış edəcək


12-22 avqust tarixlərində Macarıstanın Sazhalombatta şəhərində ənənəvi Beynəlxalq Folklor Festivalı keçiriləcək. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, 20-dən çox ölkənin folklor kollektivlərinin iştirak etdiyi festivalda Azərbaycanı Masallı rayonunun "Halay” rəqs qrupu təmsil edəcək. Musiqiçilərimizin ilk çıxışı avqustun 13-də, festivalın açılış mərasimində olacaq. "Halay” ansamblı festival günlərində Sazhalombatta şəhəri ilə yanaşı Macarıstanın Tököl və Rakeve şəhərlərində də konsert proqramları ilə çıxış edəcək. Müxtəlif illərdə dünyanın yüzə yaxın ölkəsindən folklor ansambllarının qatıldığı bu festivalda Azərbaycan ilk dəfə təmsil olunur.

Просмотров: 249 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2011  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031