Вторник, 30.04.2024, 08:54
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 11 » Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçiləri bütün dünya azərbaycanlılarına müraciət ediblər
19:19
Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçiləri bütün dünya azərbaycanlılarına müraciət ediblər


Azərbaycanın "Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal bütün dünya azərbaycanlılarına müraciət ediblər.


APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, yarımfinalda uğurla çıxış edərək, müsabiqənin finalına vəsiqə qazanmış təmsilçilərimiz APA vasitəsilə bütün dünya azərbaycanlılarına səsləniblər. Onlar finalda soydaşlarımızdan dəstək gözlədiklərini bildiriblər. Müraciətdə deyilir: "Salam dostlar, salam bütün dünya azərbaycanlıları. Biz dəstək gözləyirik. Qoy bütün dünya bilsin ki, biz böyük bir ailəyik”.

Qeyd edək ki, mayın 10-da Düsseldorf "Esprit Arena”da keçirilmiş I yarımfinalda isveçli müəlliflərə məxsus olan "Running Scared” mahnısını uğurla ifa edən Azərbaycan təmsilçiləri finala vəsiqə qazanıblar.

II yarımfinal mayın 12-də keçiriləcək. II yarımfinalda 19 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq və yalnız 10-u bu şansı qazanacaq.
Просмотров: 253 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031