Суббота, 04.05.2024, 03:13
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 18 » Azərbaycanın cənub rayonlarında narkotik satan iki nəfər saxlanılıb
21:12
Azərbaycanın cənub rayonlarında narkotik satan iki nəfər saxlanılıb

Azərbaycanın cənub rayonlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki Lənkəran sakini yaxalanıb. Bu barədə APA-nın Cənub bürosuna Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub Regional Şöbəsindən məlumatı verilib.

Məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Lənkəran şəhər sakini, 1967-ci il təvəllüdlü Ramiz Xanlar oğlu Cavadov üç bağlamada ümumi çəkisi 167,467 qram narkotik vasitə olan heroini Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Xəyal Zakir oğlu Şahverdiyevə ona məxsus «VAZ-2103» markalı, 10 HS 069 dövlət nömrə nişanlı avtomobildə ötürmək istəyərkən yaxalanıb.
İlkin araşdırmalardan məlum olub ki, R.Cavadov narkotik vasitəni X.Şahverdiyevin xahişi ilə İranda onun tanışından alaraq daxili orqanlarında ölkəmizə keçirib. İstintaqa verdiyi ifadəsində X.Şahvardiyev narkotiklərin qanunsuz dövriyyəsi ilə çoxdan məşğul olduğunu, heroinin qramını qara bazarda 28-30 manata satdığını etiraf edib.

Qeyd edək ki, hər iki yaxalanan şəxs narkotiklərin qanunsuz dövriyyəsinə görə əvvəllər Azərbaycan, Rusiya və Ukraynada üst-üstə ümumilikdə beş dəfə məhkum olunub.

Faktla bağlı toplanmış materiallar araşdırılmaq üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə göndərilib.
Просмотров: 262 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930