Пятница, 03.05.2024, 19:35
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 16 » “Azərbaycanda yaşayan xalqların mahnıları” diskinin təqdimat mərasimi keçirilib
15:42
“Azərbaycanda yaşayan xalqların mahnıları” diskinin təqdimat mərasimi keçirilib


Muzey Mərkəzində "Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət” mövzusunda dəyirmi masa və "Azərbaycanda yaşayan xalqların mahnıları” diskinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbir Bakıda "Azərbaycan – doğma diyar” adı altında keçirilən Milli Azlıqların İncəsənəti III Respublika Festivalı çərçivəsində təşkil olunub.


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, "Azərbaycanda yaşayan xalqların mahnıları” CD-si 5 dildə hazırlanıb və bu disk ikinci buraxılışdır: "Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə bu cür tədbirlər böyük əhəmiyyət kəsb edir. Biz çalışırıq ki, Azərbaycanda yaşayan hər hansı azsaylı və ya çoxsaylı millətlərin adət-ənənələrini, yaradıcılıq potensialını, mədəni irsini qoruyaq. Eyni zamanda bütün bunlar gələcək nəsillərə çatdırılmalıdır. Bilirsiniz ki, biz ənənəyə sadiq qalaraq artıq üçüncü dəfədir ki, azsaylı xalqların böyük mədəniyyət festivalını keçiririk və bu gün artıq ikinci diskin buraxılmasına nail oluruq”.

Festivalda Lənkəran, Şəki, Astara, Masallı, Lerik, Balakən, Zaqatala, Qax, Qəbələ, Quba, Qusar, Saatlı, İsmayıllı, Şabran mədəniyyət və turizm şöbələri xətti ilə azsaylı xalqların bədii kollektivləri iştirak edir.
Просмотров: 315 | Добавил: apacenub | Рейтинг: 3.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930