Пятница, 03.05.2024, 23:59
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 17 » Azərbaycanda ölkədaxili aviareyslərin qiyməti endirilib
20:59
Azərbaycanda ölkədaxili aviareyslərin qiyməti endirilib

Azərbaycanda 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə əlaqədar, o cümlədən daxili turizmin inkişafı üçün əlverişli şəraitin yaradılması üçün «Azərbaycan Hava Yolları» QSC (AZAL) öz imkanları hesabına ölkə vətəndaşları üçün ölkədaxili aviareyslərə yeni güzəştli tariflər tətbiq edib.


AZAL-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, bu gündən etibarən Bakı-Gəncə, Bakı-Lənkəran və Bakı-Zaqatala marşrutları üzrə Azərbaycan vətəndaşları üçün bir istiqamətə aviabiletin qiymətləri müvafiq olaraq 40 manat, 25 manat və 35 manat təşkil edir. Sözügedən güzəştli tariflər cari ilin dekabr ayının 31-dək davam edəcək.
Qeyd edək ki, bundan öncə Bakı-Gəncə marşrutu üzrə bir istiqamətə biletin qiyməti 56 manat, Bakı-Lənkəran marşrutu üzrə 41 manat, Bakı-Zaqatala marşrutu üzrə isə 52 manat təşkil edirdi.
Просмотров: 262 | Добавил: apacenub | Рейтинг: 4.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930