Пятница, 03.05.2024, 21:06
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 16 » Azərbaycanda futbolçu oğurluğa görə həbs olunub
15:58
Azərbaycanda futbolçu oğurluğa görə həbs olunub



Az öncə Bakıda oğurluqda şübhəli bilinərək saxlanılan Bərdə rayon sakini Rahib Nəcəfov futbolçu imiş.


Apasport.az saytının məlumatına görə, 2009/10 mövsümündə Bərdənin ABN klubunda oynayan 24 yaşlı yarımmüdafiəçinin soyğunçu olmasını Nərimanov rayon polis şöbəsinin əməkdaşları aşkara çıxarıblar.


Araşdırma nəticəsində Rahibin Dəmirçizadə, Fətəli xan Xoyski küçələrində yerləşən futbol meydançalarının və Tofiq Bəhramov adına Respublika Stadionunun soyunub-geyinmə otağından Bakı sakinləri Ruslan Şirəliyev, Fərmayıl Vəliyev, Vüsal Kazımov və digərlərinin mobil telefonlarını və pullarını oğurladığı məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Nəcəfov 2009/10 mövsümündə komanda yoldaşı Bəhruz Cəlalovla birgə "Rəvan”la ev oyununda baş hakim Emil İsgəndərova qarşı fiziki təzyiq göstərdikləri üçün 3 illik futboldan kənarlaşdırıblar. Onlara görə ABN 7000 manat məbləğində cərimələnmişdi. Bundan sonra oğurluğa əl atan Rahib daha ağır cəzaya məruz qalaraq, həyatının müəyyən hissəsini dəmir barmaqlar arxasında keçirməli olacaq.
Просмотров: 310 | Добавил: apacenub | Рейтинг: 3.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930