Вторник, 30.04.2024, 04:33
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 17 » Azərbaycanda futbol klubunun sabiq icraçı direktoru intihar edib
16:04
Azərbaycanda futbol klubunun sabiq icraçı direktoru intihar edib


Bakının Nizami rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.


Məlumata görə, Tovuzun "Turan” futbol klubunun sabiq icraçı direktoru Arif Zeynalov bu gün səhər saatlarında Naxçıvanski küçəsi, 57 ünvanında özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Mərhumun qardaşı, futbol veteranı Rasim Zeynalov APA-ya açıqlamasında qardaşının öldüyünü təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəməyib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, A. Zeynalov 1996-98-ci illərdə "Turan”da icraçı direktor vəzifəsində işləyib.
Просмотров: 302 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031