Вторник, 30.04.2024, 04:09
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 11 » Azərbaycanda dövlət müəssisələrində çalışanların yuxarı yaş həddi 65 ola bilər
16:43
Azərbaycanda dövlət müəssisələrində çalışanların yuxarı yaş həddi 65 ola bilər


Azərbaycanda Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin (MM) Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Dəyişikliyə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olması təklif edilir. Müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Lakin çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

H. Rəcəbli onu da bildirib ki, bu dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmaya bilər.
Dəyişiklik müzakirələrdən sonra MM-in plenar iclasına tövsiyə olunub.
Просмотров: 274 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031