Вторник, 30.04.2024, 10:31
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 13 » Azərbaycanda 29,400 nəfər ürək-damar xəstəliklərindən vəfat edib
18:48
Azərbaycanda 29,400 nəfər ürək-damar xəstəliklərindən vəfat edib


Ürək-damar sistemi xəstəlikləri ölüm səbəblərinə görə dünyada ilk yeri tutur. Statistikaya görə, Azərbaycanda ölüm hallarının yarısı ürək-damar xəstəlikləri səbəbindən baş verir. Bu məsələ, xüsusən də ürək xəstəliklərinin Azərbaycanda cavanlaşması bu gün işinə başlayan "Ürək günləri” Beynəlxalq Konqresində müzakirə olunur.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, dünyada vəfat edənlərin böyük əksəriyyəti ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdir. Onun sözlərinə görə, Azərbaycanda ötən il ürək-damar xəstəliklərindən ölənlərin sayı 29 min 400 nəfər təşkil edib. 113 min nəfər isə bu xəstəliklə bağlı qeydiyyata götürülüb.

"Dünya artıq 11 ildir ki, Dünya Səhiyyə Təşkilatı və Dünya Ürək Federasiyasının birgə təşkil etdiyi "Ürək günləri” keçirilir. Azərbaycan da artıq 2 ildir bu tədbirlərə qoşulub. Təxminən 150-yə kimi ölkə bu günü qeyd edir. Bu çox aktual məsələdir, ona görə də bu konfransın Azərbaycanda keçirilməsi, 24 ölkənin 170-ə yaxın mütəxəssisinin burada iştirak etməsi ölkəmizə verilən bir önəmdir, diqqətdir”,- deyə o vurğulayıb.
Просмотров: 250 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031